Bank Of Baku

ANAMA-nın iştirakı ilə Türkiyə-Suriya sərhədində 1000-dən artıq mina zərərsizləşdirilib

ANAMA-nın iştirakı ilə Türkiyə-Suriya sərhədində 1000-dən artıq mina zərərsizləşdirilib
# 16 avqust 2010 09:21 (UTC +04:00)
Bu barədə APA-ya ANAMA-nın əməliyyat meneceri Samir Poladov məlumat verib.

S. Poladovun sözlərinə görə, yoxlamalarda ANAMA-nın Tədqiqat və Keyfiyyətə Təminat Qurumu iştirak edir. Bununla yanaşı, ANAMA-nın bir nümayəndəsi əməliyyat işlərinə məsləhətçi kimi qatılıb.

S. Poladov deyib, ANAMA və “Nokta İnşaat” konsorsiumunun fevral ayından başladığı əməliyyatlar çərçivəsində bu günədək 1000-dən artıq tank və piyada əleyhinə mina çıxarılaraq zərərsizləşdirilib: “Dünya təcrübəsində ilk dəfə olaraq tarixi şəhərin qalıqları arasında minatəmizləmə işləri aparılır. Hökumət rəsmiləri ilə əldə olunmuş razılaşmaya əsasən, minaaxtaranların tapdığı antik əşyalar, pullar və s. dövlətə təhvil verilir. Eyni zamanda minatəmizləmə əməliyyatları çox dəqiqliklə aparılır ki, tarixi abidələr zərər çəkməsin”.

S. Poladov ANAMA-nın gələcəkdə Türkiyədə digər sahələrin minalardan təmizlənməsinə dair keçiriləcək layihələrdə iştirak etmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, “Nokta İnşaat” şirkəti-ANAMA konsorsiumu 680 min kvadratmetr ərazinin minalardan təmizlənməsi ilə bağlı keçirilən tenderi udub. Karkamış tarixi əhəmiyyətli yer olduğundan minatəmizləmə əsasən əllə aparılır. Ərazi Türkiyə və Suriya arasında ötən əsrin 60-cı illərində yaranmış sərhəd problemi zamanı minalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR