Bank Of Baku

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin xətti ilə ayrılan yardımları qaçqın və məcburi köçkünlərə paylayıb

Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin xətti ilə ayrılan yardımları qaçqın və məcburi köçkünlərə paylayıb
# 16 avqust 2010 10:31 (UTC +04:00)
Bakı – APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın “Lutheran World Relief” təşkilatı tərəfindən Azərbaycandakı qaçqınlar və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımının paylanmasını həyata keçirib. Fonddan APA-ya verilən məlumata görə, əsasən yataq dəsti, qadın, kişi və uşaq geyimləri, məktəbli və gigiyenik ləvazimatlardan ibarət olan yardımlar əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq Füzuli və Tərtər rayonlarında paylanıb.

Füzuli rayonunda Zobucuq-1, Zobucuq-2, Zobucuq-5 qəsəbələrində 1302 qaçqın və məcburi köçkün ailəsinə (5379 nəfərə) yardım verilib. Tərtərdə isə 726 məcburi köçkün və imkansız ailəyə (2753 nəfər) yardım verilib. Yardımlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hər iki rayonda fəaliyyət göstərən nümayəndələrinin, o cümlədən Füzuli və Tərtər rayonlarının icra hakimiyyətinin səlahiyyətli şəxslərinin iştirakı ilə paylanıb.

BAMF aralarında bağlanmış müqaviləyə əsasən “Caunterpart” beynəlxalq humanitar təşkilatının ayırdığı yardımları da məcburi köçkünlərə və qaçqınlara paylamağa başlayıb.

Qeyd edək ki, BAMF 15 ildən çoxdur qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur. Təşkilat Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) üzvüdür. BAMF bir təşkilat olaraq artıq dördüncü dəfədir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bu işi həyata keçirir. Paylanma ilə bağlı xərcləri BAMF özü ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR