Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb
# 16 avqust 2010 13:06 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın sürətlə genişlənərək 1,5 hektar bələdiyyəyə məxsus ərazini əhatə edib. Yanğın hadisəsi ETSN-nin yerli qurumlarının əməkdaşlarının və yerli sakinlərin köməkliyi ilə operativ qaydada söndürülüb və yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.
Avqustun 14-də Xızı rayonunun Sitalçay kəndinin ərazisindəki qış otlaq sahəsində də daha bir yanğın hadisəsi baş verib. Yanğın sürətlə genişlənərək 100 hektarlarla ərazini əhatə etməklə həmin rayonun Dizəvər kəndi ətrafındakı yay otlaq sahələrinədək yayılıb. Yanğın avqustun 16-da səhər saatlarında ETSN-nin yerli qurumlarının əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin əsgərlərinin, Sumqayıt şəhər, Xızı, Quba, Şabran rayonlarının Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının, yerli sakinlərin köməkliyi ilə söndürülmüş və yanğının meşə fonduna keçməsinin qarşısı alınıb.
Məlumatda bildirilir ki, nazirlik əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR