Bank Of Baku

Azərbaycan nümayəndə heyəti travmatizm üzrə ümumdünya konfransında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti travmatizm üzrə ümumdünya konfransında iştirak edəcək
# 16 avqust 2010 14:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sentyabrın 21-24-də Londonda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə “Travmatizmin qarşısının alınması və təhlükəsizliyinin gücləndirilməsi” üzrə ümumdünya konfransı keçiriləcək. Təşkilatın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, iki ildə bir dəfə keçirilən bu tədbir travmatizm sahəsi üzrə biliklərin genişləndirilməsi üzrə əsas elmi platforma hesab olunur. Ümumdünya konfransına 130 ölkədən travmatizm üzrə 1200 aparıcı mütəxəssis, həkim və ictimai xadim qatılacaq. Konfransda Azərbaycanı Səhiyyə Nazirliyinin iki nümayəndəsi təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR