Ombudsman Mübariz İbrahimova həsr edilmiş tədbir keçirib
Ombudsman ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Mübariz İbrahimovun ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə və göstərdiyi rəşadətə görə Milli Qəhrəman adına layiq görülməsini xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Müvəkkil yeni tikilmiş və fəaliyyətinə sentyabr ayında başlayacaq orta təhsil müəssisəsi olan və Mübariz İbrahimovun adı verilmiş Biləsuvar Şəhər Məktəb Lisey Kompleksində Milli Qəhrəmana həsr edilmiş tədbir keçirib. Tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin qohumları, oxuduğu kənd məktəbinin və adı verilmiş liseyin direktorları, keçmiş sinif yoldaşları, çoxsaylı gənclər, həmçinin Bakıdan gəlmiş Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (UGSŞ) üzvləri və bu şəbəkə nəzdində Liderlik məktəbinin yetirmələri iştirak ediblər. Şəhidin ruhu bir dəqiqəlik sükutla yad edilib.
E.Süleymanova Ermənistanın Azərbaycana qarşı uzun illərdən bəri davam edən təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini, on minlərlə azərbaycanlının həlak olduğunu, bir milyon soydaşımızın qaçqına və məcburi köçkünə çevrildiyini, minlərlə Azərbaycan vətəndaşının əsir və itkin düşdüyü, girov götürüldüyünü söyləmiş, buna baxmayaraq, xalqımızın əzminin qırılmadığını, Mübariz kimi qəhrəman oğullar yetişdiyini diqqətə çatdırıb.
Müvəkkil işğal altında olan torpaqlarımızda ilk şəhid olan Mübariz İbrahimovun cəsarəti nəticəsində adını tarixə yazaraq, gənclərimizə örnək olduğunu, hər bir insanın o cümlədən gənclərin qəlbində özünəməxsus yer tutduğunu, vətənpərvərlik nümunəsi göstərdiyini vurğulayıb.
O, Milli Qəhrəmanın etdiyi igidliyin erməni daşnaqlarını sarsıtması səbəbindən onun nəşinin bugünədək verilməməsi düşmən erməni terrorçuların mənfur xislətə malik olmaları bütün dünya ictimaiyyətinə bir daha məlum olduğunu qeyd edib.
Ombudsman beynəlxalq humanitar hüquq normalarına, o cümlədən beynəlxalq humanitar hüququn bir hissəsi olan Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyalarına uyğun olaraq, cəsədin qaytarılması ilə bağlı Cenevrədə yerləşən Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerə məktubla müraciət etdiyini, Bakı ofisinin rəhbərliyi ilə əlaqələrin və bu məsələnin daim diqqətdə saxladığını bildirib.
E.Süleymanova həmçinin İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar rayonlarda keçirdiyi ictimai dinləmər zamanı, hərbi hissələrdə zabit və əsgərlərlə görüşlərdə Mübarizin öz valideynlərinə yazdığı son məktubu oxuduğunu, onun qəhrəmanlığı haqqında məlumat verdiyini diqqətə çatdırmış və ölkəmizin əhalisi tərəfindən şəhidin ailəsinə mənəvi dəstəyi vurğulayıb.
Müvəkkil Milli Qəhrəmanın adının əbədilləşdirilməsi məqsədilə uşaq və gənclərə örnək olan Mübariz İbrahimovun şərəfinə yeni dərs ilinin ilk günündə təhsil ocaqlarında onun həyat və döyüş anları haqqında dərslərin keçirilməsini, bu qəhrəmanlıq səlnaməsi yazan gəncin həyatından bəhs edən kitab və xatirələrin yazılmasını təklif etmiş, bu haqda filmin çəkildiyini bildirib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, şəhidin oxuduğu məktəbin direktoru Bəsirə Rüstəmova, yaşadığı kəndin icra nümayəndəsi Seyidağa Quliyev, adı verildiyi Biləsuvar Şəhər Məktəb Lisey Kompleksinin direktoru Anar Məmmədov, keçmiş sinif rəhbəri və yoldaşları, Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri, Liderlik məktəbinin yetirmələri İlahə Bağırova, Əhməd Nəsibov, Elman Aslanov və digər iştirakçılar çıxış edərək, Milli Qəhrəmanın səmimi, qorxmaz, cəsarətli olduğunu, şərəfli, nümunəvi hərbi xidmət göstərdiyini, örnək gənc kimi daim qəlblərdə yaşayacağını bildiriblər.
E.Süleymanova Milli Məclisin deputatı Qənirə Paşayevanın şəhidin şərəfinə hazırladığı fotoşəkillərdən ibarət stendi bu məktəbə təqdim edib.
Sosial
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Xəbər Lenti
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Qazaxda çayda batan yeniyetmə xilas edilib - YENİLƏNİB
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 5 nəfər ölüb, 16 nəfər yaralanıb - YENİLƏNİB-1
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 20-yə çatıb - FOTO - YENİLƏNİB-4
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır
Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib - VİDEO
Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq