Bank Of Baku

Azərbaycanda ali məktəb rektorlarının səlahiyyətləri genişləndirilir

Azərbaycanda ali məktəb rektorlarının səlahiyyətləri genişləndirilir
# 17 avqust 2010 10:54 (UTC +04:00)
Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev APA-ya bildirib ki, əvvəllər ali məktəblərə dövlət büdcəsindən maliyyə vəsaiti ayrı-ayrı xərc maddələri ilə verilirdi. Yeni qaydaların tətbiqindən sonra isə bu il ilk dəfə olaraq, ali məktəb üçün ayrılan ümumi vəsaitin dördə, ya beşdə bir hissəsi I kurs tələbələri üçün ümumi məbləğlə veriləcək. Növbəti il büdcədən ayrılan vəsaitin təxminən 40-50, daha sonrakı ildə 70-75 faizinin ümumi məbləğlə verilməsi nəzərdə tutulub. Məktəb həmin vəsaitin bölgüsünü Elmi Şuranın qərarı ilə müstəqil aparacaq və sərbəst şəkildə xərcləyəcək.

Ş. Əliyev deyib ki, bu yeniliklə ali məktəb rektorlarının səlahiyyətləri genişləndirilib. Eyni zamanda, məktəblərin təsərrüfat müstəqilliyi gücləndirilir. Şöbə müdiri qaydaların yeni dərs ili başlayana kimi hazır olacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR