Bank Of Baku

Tərtər hadisələrinə dair İctimai Barışıq Komitəsi baş prokuror və daxili işlər nazirinə müraciət edib

Tərtər hadisələrinə dair İctimai Barışıq Komitəsi baş prokuror və daxili işlər nazirinə müraciət edib
# 17 avqust 2010 11:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Tərtər hadisələrinə dair İctimai Barışıq Komitəsi baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Qarabağ Azadlıq Təşkilatından APA-ya verilən məlumata görə, müraciətdə cəbhə bölgəsində yaşayan vətəndaşlar arasında vəziyyətin gərginləşməsindən narahatlıq bildirilib: “Narahatlığımız hadisələrin “yerli-qaçqın” qarşıdurmasına çevrilməsi və xoşagəlməz məcraya yönəlməsi ilə bağlıdır. Bu bölgədə ədavət və düşmənçilik hisslərinin yer alması və güclənməsi çox təhlükəlidir. Biz bölgədə insanlarla söhbətlər etmişik. Məqsəd ictimai cəhətdən təhlükəli vəziyyətin, düşmənçilik və ədavət hissinin aradan qaldırılmasından ibarətdir. Biz bu addımı baş vermiş hadisənin ictimai təhlükəliliyinin aradan qaldırılmasına yardımçı olmaq məqsədilə atmışıq, lakin çox şey hüquq-mühafizə orqanlarının prosesə münasibətindən, həbs olunanlara ağır və ya yüngül cəza verilməsindən və digər amillərdən asılı olacaq. Yalnız bir şeyi demək istəyirik ki, həbs olunanlara ağır cəzanın verilməsi tərəflər arasında düşmənçiliyi və ədavəti dərinləşdirəcək və ictimai asayişin pozulması üçün ciddi zəmin yaradacaq”.

Müraciətdə baş prokuror və daxili işlər nazirindən komitə üzvlərinin qəbul olunması da xahiş edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR