Bank Of Baku

Sumqayıtda daha 80 ədəd tullantı yeşiyi qoyulub

Sumqayıtda daha 80 ədəd tullantı yeşiyi qoyulub
# 17 avqust 2010 13:59 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən Sumqayıt şəhər Təmizlik Departamentində tullantı məntəqələrinə yeni qutular düzülüb.

Departamentdən “APA-Economics”ə verilən məlumata görə, şəhər sakinlərindən tullantı yeşiklərinin çatışmazlığı barədə daxil olan şikayətlər nəzərə alınaraq, əhali sektoru üçün nəzərdə tutulmuş tullantı məntəqələrinə 80 ədəd yeni 1100 litrlik qutular qoyulub. Yeşiklərin əksər hissəsi şəhərin mərkəzinə uzaq məsafədə yerləşən və daha çox müraciətlərin daxil olduğu 41-ci və 48-ci məhəllələr, 11-ci, 17-ci və 18-ci mikrorayonlar ərazisində qoyulub, müəyyən hissəsi isə sıradan çıxmış, istifadəyə yararsız qutuların əvəzlənməsinə yönəldilib.

Hazırda Sumqayıt şəhərinin yaşayış massivlərində 220 tullantıları qəbulu məntəqəsi var ki, onlarda da 2392 ədəd 1100 litrlik qutu mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR