Bank Of Baku

“Azersun Holding” talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirib

“Azersun Holding” talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçirib
# 18 avqust 2010 10:32 (UTC +04:00)
Bakı - APA-Economics. “Azersun Holding” müqəddəs Ramazan ayında da qanvermə aksiyasını davam etdirib.
Şirkətin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qanvermə aksiyasına bu dəfə şirkətlər qrupuna daxil olan İmişli Şəkər Zavodunun, Biləsuvar Konserv Zavodunun, “Natural Greenland” müəssisəsinin və “AŞİB - Aqro”nun əməkdaşları qoşulublar.
Azərbaycan Səhiyyə Nazirliyi ilə birgə “Siz qan verməklə başqalarına həyat verirsiniz” başlığı altında artıq dördüncü ildir ki, keçirilən ənənəvi qanvermə aksiyasının əsas məqsədi respublikanın qan bankına və talassemiyadan əziyyət çəkənlərə yardım etməkdir.
Qeyd edək ki, talassemiya irsi keçən qanazlığı xəstəliyidir. Talassemiyaya tutulmuş uşaq solğun halsız və iştahasız olur. Müalicə olunmadığı təqdirdə, bədəndə inkişaf zəif gedir, qaraciyər və dalağın böyüməsi ilə qarın şişir və üz sümüklərində dəyişiklik yaranır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR