Azərbaycandakı qadın təşkilatları Rusiya səfirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi qarşısında aksiya keçirməyi planlaşdırır
18 avqust 2010 10:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda fəaliyyət göstərən qadın təşkilatları şəhid Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin geri qaytarılmasına nail olmaq məqsədilə beynəlxalq təşkilatlara müraciət etməyi, həmçinin Rusiyanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisi qarşısında aksiya keçirməyi planlaşdırır. APA-nın məlumatına görə, “Lider Qadınlar” İctimai Birliyinin təşəbbüsü ilə bir qrup qadın qeyri-hökumət təşkilatının keçirdiyi toplantıda belə bir qərar qəbul olunub.
“Lider Qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, aksiya “Biz Mübarizin anasıyıq” devizi altında keçiriləcək: “Müraciətin layihəsi artıq hazırdır. Sabah müraciətimizi Rusiya səfirliyinə və BQXK-yə verəcək, beynəlxalq təşkilatlara göndərəcəyik. Bu məsələni davamlı olaraq diqqətdə saxlayacağıq. Bundan əlavə, müraciət təqdim olunarkən qısamüddətli də olsa, həmin təşkilatların önündə aksiya keçirəcəyik”.
Tədbirin sonunda qadın QHT-lərin nümayəndələri M. İbrahimovun ailəsinə baş çəkmək üçün Biləsuvar rayonuna yola düşüb.

Sosial
Ayxan Hacızadə Aİ-nin 11 sentyabr tarixli çıxışı ilə bağlı məsələyə münasibət bildirib
23:04
11 sentyabr 2024
Niyazi Bayramov vətəndaşlarla növbəti dəfə görüşüb
22:02
11 sentyabr 2024
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb
18:56
11 sentyabr 2024
FHN-in Akademiyasının saytı istifadəyə verilib
18:47
11 sentyabr 2024