Bank Of Baku

Azərbaycanda səfərdə olan Litva nümayəndə heyəti Qubada soyqırımı məzarlığını ziyarət edib

Azərbaycanda səfərdə olan Litva nümayəndə heyəti Qubada soyqırımı məzarlığını ziyarət edib
# 18 avqust 2010 12:53 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. Azərbaycana səfərdə olan Litvanın hakim Milli Dirçəliş Partiyasının nümayəndə heyəti Milli Məclisin bir qrup üzvü ilə birgə Qubadakı soyqırımı məzarlığını ziyarət ediblər. APA-nın şimal bürosunun xəbərinə görə, qonaqlara ermənilərin 1918-ci ildə Quba qəzasında törətdiyi vəhşiliklər haqqında ətraflı məlumat verilib. Litva nümayəndə heyətinin üzvləri məzarlığı “dəhşətli cinayətin əsl nişanəsi” adlandırıblar.
Litva Seyminin Xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskas isə deyib ki, soyqırımı məzarlığı ən böyük tarixi faktdır: “Azərbaycanın müasir inkişafı ilə tanış olan hər kəs bu xalqın tarixindəki qanlı səhifələrini də bilməlidir”.
Quba şəhəri ilə tanış olan litvalı qonaqlar dağ yəhudilərin kompakt yaşadığı “Qırmızı Qəsəbə”də də olublar. Yəhudi icması ilə də görüşdə qarşılıqlı dostluq və mehribançılıq münasibətlərindən söz açılıb. Quba rayon İcra Hakimiyyətində keçirilən görüşdə litvalı qonaqlara rayonun iqtisadi siyasi mədəni eləcədə turizm imkanları barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR