Bank Of Baku

Zərdabda təbii fəlakət nəticəsində evləri uçan sakinlərə yeni evlər tikilir

Zərdabda təbii fəlakət nəticəsində evləri uçan sakinlərə yeni evlər tikilir
# 18 avqust 2010 13:33 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Kür və Qarasu çaylarında baş verən daşqınlar nəticəsində evləri uçan Zərdab rayon sakinləri üçün yeni evlərin tikintisinə başlanıb. Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov APA-nın yerli bürosuna bildirib ki, ümumi sahəsi 32 hektar olan, Ucar-Zərdab şosesinin kənarında, su basma təhlükəsi olmayan ərazidə 51 evin tikintisinə başlanıb.

Məlumata görə, 4-ə kimi üzvü olan ailələrə 2 otaqlı, 4-dən 8-ə kimi üzvü olan ailələrə 3, 8-dən çox üzvü olan ailələrə 4 otaqlı evlər tikilir.
Su basma nəticəsində ziyan dəyən 1500 ailəyə maddi yardım göstərilib. 85 ailənin isə evi əsaslı təmir olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR