Bank Of Baku

İntiqam Babayev: “Mübariz İbrahimov Azərbaycanın qəhrəmanlıq salnamələrindən biridir”

İntiqam Babayev: “Mübariz İbrahimov Azərbaycanın qəhrəmanlıq salnamələrindən biridir”
# 18 avqust 2010 18:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mübariz İbrahimov Azərbaycanın qəhrəmanlıq salnamələrindən biridir. Bu fikri jurnalistlər qarşısında gənclər və idman nazirinin müavini İntiqam Babayev səsləndirib. İ.Babayev Azərbaycanın ictimai təşkilatlarının Mübariz İbrahimovun qəhrəmanlığını fəal surətdə təbliğ etdiyini bildirib: “Biz müxtəlif hərbi-vətənpərvərlik tədbirlərində bu cür faktlardan istifadə edirik. Bu bizim vəzifə borcumuzdur. Əsas hədəf odur ki, dünənin və bu günün qəhrəmanlarını gənclərə çatdıraq. Mübariz İbrahimovun qəhrəmanlığının təbliği ilə bağlı gənclər təşkilatları çox fəaldır. Onlar internet və digər vasitələrlə nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da lazımi təbliğatı aparırlar. Bizim başqa qəhrəmanlarımız da olub və biz gəncləri qan yaddaşımızın təbliğ olunmasına cağırırıq”.

Xatırladaq ki, Azərbaycan Ordusunun əsgəri Mübariz İbrahimov iyunun 19-da cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində dünyasını dəyişib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətinə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR