Bank Of Baku

Balakən rayonunda kurqan olduğu ehtimal olunan abidədə qazıntı işlərinə başlanılıb - FOTOSESSİYA

Balakən rayonunda kurqan olduğu ehtimal olunan abidədə qazıntı işlərinə başlanılıb - <font color=red>FOTOSESSİYA</font>
# 18 avqust 2010 22:43 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Azərbaycanın Balakən rayonunda kurqan olduğu ehtimal olunan abidədə qazıntı işlərinə başlanılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun əməkdaşı Akif Məmmədli məlumat verib. A. Məmmədlinin sözlərinə görə, bu günə kimi məlum olmayan və qeydiyyata alınmamış (eni və uzunluğu 22 metr, hündürlüyü 3 metr olan) kurqan olması ehtimal olunan abidə bu ilin yazında rayonun Qazma kənd sakinlərinin köməyi ilə aşkar edilib. O vaxtadək kurqanda heç bir qazıntı işləri aparılmamışdı. Balakən rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov rayonun Qazma kəndi ərazisində tapılan kurqan barədə Azərbaycan Milli Elmlər Akademiyasına rəsmi müraciət edib. A. Məmmədovun rəsmi müraciətindən sonra AMEA tərəfindən ekspedisiya qrupu təşkil olunub, kurqan ehtimalı olunan abidədə qazıntı işləri aparmaq üçün əraziyə göndərilib. Qax-Şəki-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarovun rəhbərlik etdiyi ekspedisiya qrupuna AMEA Tarix institutunun daha iki əməkdaşı Akif Məmmədli və İntizar Bədəlova daxil edilib. Abidədə aparılan arxeoloji kəşfiyyat işləri burada bölgənin, ümumiyyətlə Azərbaycanın tarixinə, o cümlədən Azərbaycanın dövlətçilik tarixinə dair çox zəngin materiallar vəd edir. İlk iki gün ərzində kurqanda aparılan qazıntı zamanı çıxan materiallar abidənin son antik və ilk orta əsrlər dövrü üçün məlumat almağa imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR