Bank Of Baku

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Media Akademiyasında mühazirə oxuyub - FOTO

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Media Akademiyasında mühazirə oxuyub - <font color=red>FOTO</font>
# 19 avqust 2010 07:27 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” İctimai Birliyinin Media Akademiyası layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova tələbələrə nazirliyin mətbuatla əlaqələri mövzusunda mühazirə oxuyub. Birlikdən APA-ya verilən məlumata görə, Səmayə Məmmədova daha öncə işlədiyi Səhiyyə Nazirliyi və Vergilər Nazirliyindəki işin nüanslarını, mətbuatdakı aktiv jurnalist təcrübəsini də tələbələrlə bölüşüb: “Mətbuat katibliyinin işi yalnız nazirliyi media orqanları ilə əlaqələndirməkdən ibarət deyil. Mətbuat katibliyi həmçinin KİV-də monitorinq aparır, digər nazirliklərin mətbuat katiblikləri ilə də sıx əməkdaşlıq edir. Bununla yanaşı xarici ölkə mətbuatını daim gündəmdə saxlamaq da mətbuat katibinin fəaliyyət dairəsinə daxildir”.
Sonda S. Məmmədova press-relizlərin önəmindən və onların yazılış formaları ilə bağlı xüsusi məqamları vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR