Bank Of Baku

Astarada “Bayraq meydanı” salınır

Astarada “Bayraq meydanı” salınır
# 19 avqust 2010 07:32 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara şəhərində “Bayraq meydanı”nın tikintisinə başlanıb. Astara rayon İcra Hakimiyyəti aparatının Tikinti və memarlıq şöbəsinin müdiri Rəhmətulla Rufullayevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, obyekt şəhərin mərkəzində - Heydər Əliyev prospektində ucaldılır. Tikintinin ümumi ərazisi 0,265 hektardır. Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa olunan obyektdə hündürlüyü 69 metr olan üç rəngli bayrağın asılacağı metal dirək artıq yerinə bərkidilib. R. Rufullayevin sözlərinə görə, meydanın ərazisində park salınacaq, əyləncə yerləri qurulacaq. “Bayraq meydanı”nın 9 Noyabr-Azərbaycan Dövlət bayrağı gününədək istifadəyə vermək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR