Bank Of Baku

Azərbaycanda Beynəlxalq Gənclər İlinə start verilib

Azərbaycanda Beynəlxalq Gənclər İlinə start verilib
# 19 avqust 2010 08:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda “Nəsillərarası dialoq və qarşılıqlı anlaşma” şüarı altında Beynəlxalq Gənclər İlinə start verilib. APA-nın məlumatına görə, bu məqsədlə Bakıda təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirliyinin, BMT-nin Azərbaycandakı agentliklərinin, gənclər təşkilatlarının nümayəndələri, millət vəkilləri iştirak edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bu tədbirin Azərbaycanda Beynəlxalq Gənclər İlinə start verilməsi və ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədlə keçirildiyini deyib.

BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Hervord Beynəlxalq Gənclər Gününün əhəmiyyətindən danışıb. O, Azərbaycanda da belə bir tədbirin keçirilməsindən məmnun olduğunu söyləyib.

Tədbir gənclərin iştirakı ilə konsert və əyləncəli-istirahət proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR