Bank Of Baku

DAK və Türk Xalqlarının Ümumdünya Assambleyası üzvləri Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO

DAK və Türk Xalqlarının Ümumdünya Assambleyası üzvləri Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - <font color=red>FOTO</font>
# 19 avqust 2010 09:09 (UTC +04:00)
Bakı-APA. Türk Xalqlarının Ümumdünya Assambleyası, Dünya Azərbaycanlıları Konqresi və Qazaxıstanda Yaşayan Azərbaycanlıların Etno-Mədəni İttifaqının üzvlərindən ibarət nümayəndə heyəti Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olduğu Biləsuvar rayonun Əliabad kəndində yerləşən evini ziyarət ediblər. Bu barədə APA-ya Dünya Azərbaycanlıları Konqresinin (DAK) İnformasiya Mərkəzindən bildirilib. 72 nəfərdən ibarət nümayəndə heyətinə Türk Xalqlarının Ümumdünya Assambleyasının birinci vitse-prezidenti, DAK-ın Asiya ölkələri üzrə sədr müavini Yəhya Əliyev rəhbərlik edib. Y. Əliyev Mübariz İbrahimovun etdiyi qəhrəmanlığı bütün dünya türklərinə misilsiz örnək və nümunə olduğunu vurğulayıb: “ Qəhrəman Mübariz Ağakərim oğlunun Azərbaycana, Vətənimizə sonsuz məhəbbəti və sevgisi gənclər arasında minlərlə qəhrəmanların yetişməsinə təkan verəcək. Bu istiqamətdə onun haqqında Azərbaycandan kənarda da - Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda soydaşlarımız arasında yığıncaqlar keçirilib, onun etdiyi şücaət və cəngavərlik hərəkətinə yüksək milli qiymət verilib”.
Qeyd olunub ki, hal-hazırda DAK və Türk Xalqlarının Ümumdünya Assambleyası (ВАТН) tərəfindən şəhid Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək istiqamətində türk dünyası ölkələrinin, türk xalqlarının və bütün dünya ictimaiyyətinin qurumlarına Milli Qəhrəman haqqında saytlara məlumatlar verilir. Onun qəhrəmanlığı haqqında plakatlar hazırlanıb, xatirə və vətənpərvərlik istiqamətində təbliğat üçün bütün qurumlara və əhaliyə paylanılması təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR