Bank Of Baku

Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində reyd keçirilib, bəzi iaşə obyektləri cərimələnib

Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində reyd keçirilib, bəzi iaşə obyektləri cərimələnib
# 19 avqust 2010 10:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə Xəzər rayonundakı Buzovna, Şüvəlan, Mərdəkan və Zirə çimərliklərində bərk məişət tullantılarının qanuna müvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Buzovna çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Gilavar”, “Sahil”, “Titanik”, “Dostlar”, “Laçın”, eyni zamanda Şüvəlan çimərliyindəki iaşə obyektlərinin iş icraçılarının hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimələnib.

Şüvəlan çimərliyindəki “Azad-T” firmasına məxsus iaşə obyektində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 6500 manat cərimə edilib.

Şüvəlan çimərliyindəki “Robinzon” iaşə obyektinin iş icraçısı eyni səbəbə görə 700 manat cərimələnib.

Zirə çimərliyindəki iaşə obyektinin iş icraçısı da cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR