Bank Of Baku

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin əməkdaşları Qax və Balakəndə seminar keçiriblər

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin əməkdaşları Qax və Balakəndə seminar keçiriblər
# 19 avqust 2010 10:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin əməkdaşları qarşıdan gələn parlament seçkilərində qadınların fəal iştirakını təşkil etmək məqsədi ilə Qax və Balakən rayonlarında seminar keçiriblər. Bu barədə APA-ya cəmiyyətin sədri Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, bu cür seminarlar digər rayonlarda da keçiriləcək: “Biz qadınların parlament seçkilərində fəal iştirakını təmin etməyə çalışırıq və bununla bağlı bir çox rayonlarda seminarlar təşkil etməyi planlaşdırırıq. Hələlik bu cür seminarlar Qax və Balakəndə keçirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR