Bank Of Baku

Daşqınlara məruz qalmış sakinlər üçün Azərbaycanın İmişli rayonu ərazisində yeni qəsəbənin tikintisinə start verilib - FOTOSESSİYA

Daşqınlara məruz qalmış sakinlər üçün Azərbaycanın İmişli rayonu ərazisində yeni qəsəbənin tikintisinə start verilib - <font color=red>FOTOSESSİYA</font>
# 19 avqust 2010 10:52 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yeni qəsəbənin tikintisini həyata keçirən “AVS” MMC-nin sahə rəisi Elxan Cabbarov bildirib ki, yeni qəsəbə 40 hektar ərazidə salınacaq. Qəsəbədə hər birinə 12 sot ayrılmaqla 104 fərdi yaşayış evi salınacaq. 18 ədəd 4 otaqlı və 86 ədəd 3 otaqlı evlər inşa ediləcək. Qəsəbə Telişli, Allahmədətli və Hacımustafalı kəndlərinin evləri uçmuş sakinləri üçün salınır. Bundan başqa qəsəbənin tam fəaliyyət göstərməsi üçün infrastruktur yaradılacaq. Belə ki, qəsəbədə 132 yerlik məktəb, klub, tibb məntəqəsi, uşaq bağçası, poçt binası, 2 ədəd 50 və 250 kub metrlik su anbarı da tikilib sakinlərin istifadəsinə veriləcək. Artıq qəsəbənin birinci massivində 44 evin bünövrəsi qoyulub, ikinci massivdə isə 24 evdə hörgü işləri aparılır. Yaşayış evləri oktyabr ayına qədər istifadəyə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR