Bank Of Baku

“Konstitusiya” Araşdırmalar Fondu ““Antikorrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” layihəsinin icrasına başlayıb

“Konstitusiya” Araşdırmalar Fondu  ““Antikorrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” layihəsinin icrasına başlayıb
# 19 avqust 2010 10:55 (UTC +04:00)
Bakı-APA. “Konstitusiya” Araşdırmalar Fondu Korrupsiyaya qarşı mübarizə aləti kimi qanunvericiliyin antikorrupsion ekspertizasının aparılması məqsədi ilə ““Antikorrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” layihəsinin icrasına başlayıb. “Konstitusiya” Araşdırmalar Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədi Korrupsiyaya qarşı mübarizə aləti kimi qanunverciliyin antikorrupsion ekspertizasının aparılmasının qanunla nizamlanması ““Antikorrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” və onun ictimai vəkillik kampaniyasının aparılmasıdır.

Layihə çərçivəsində tanınmış ekspertlər tərəfindən qanunvericiliyin antikorrupsion ekspertizası sahəsində mövcud olan beynəlxalq təcrübə öyrəniləcək. Ən yaxşı beynəlxalq təcrübə əsasında Azərbaycanda tətbiq edilə biləcək “Antikorrupsion ekspertiza haqqında” qanun layihəsi və onun tətbiqi mexanizmi hazırlanacaq. Eyni zamanda qanun layihəsinin ictimai müzakirəsi keçiriləcək. Müzakirəyə dövlət orqanları nümayəndələri, yerli və beynəlxalq təşkilatların nümayəndələri və KİV nümayəndələri dəvət ediləcək.
Layihənin sonunda layihənin nəticələrinin ictimaiyyətə təqdim edilməsi məqsədi ilə yekun konfrans keçiriləcək. Konfransa dövlət orqanları, QHT, beynəlxalq təşkilatlar və media nümayəndələri dəvət ediləcək. Konfransda layihə çərçivəsində görülmüş işlər və hazırlanmış qanun layihəsi ictimaiyyətə geniş məlumat veriləcək, hazırlanmış “Antikorrupsion ekspertiza haqqında” qanun layihəsi çap edilərək iştirakçılara, müxtəlif təşkilatlara və müvafiq qurumlara təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR