Bank Of Baku

Azərbaycan MDB ölkələri arasında ən yüksək nöqtədə Avtomat Meteoroloji Stansiya quraşdırıb

Azərbaycan MDB ölkələri arasında ən yüksək nöqtədə Avtomat Meteoroloji Stansiya quraşdırıb
# 19 avqust 2010 14:52 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, bununla da Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi üçün nəzərdə tutulan 3-cü, yəni sonuncu stansiya işə salınıb. Mərkəzin ilk stansiyası 3700 metr hündürlükdə Şahdağ ərazisində, digəri isə 2700 metr hündürlükdə Şahdüzündə artıq fəaliyyət göstərir. Stansiyaların hər üçünün fəaliyyətinin və kommunikasiyasının təmin edilməsi üçün tələb olunan enerji günəş panelləri vasitəsilə təmin olunur. Bu stansiyalar Bazardüzü, Şahdağ və Tufandağ ekosisteminin kompleks elmi-tədqiqinə xidmət edəcək.

Qeyd edək ki, Azərbaycan ərazisində ən böyük aktiv buzlaqlar Tufandağın zirvəsinə yaxın yerləşir.

İ. İbrahimova bildirib ki, buzlaqlar qlobal iqlim dəyişmələrinin indikatorudur. Qlobal istiləşmə ilə əlaqədar bütün dünyada buzlaqların sahəsi azalmaqdadır. Azərbaycan ərazisində də bu stansiyaların köməyi ilə buzlaqlar və meteoroloji şəraitin müşahidələri əsasında qlobal iqlim dəyişmələrinin təzahürünü izləmək mümkün olacaq. Bu da ölkəmizin qlobal iqlim dəyişmələrinin öyrənilməsinə öz töhfəsini verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR