Bank Of Baku

Masallıda ali məktəb tələbələri ilə görüş keçirilib - FOTO

Masallıda ali məktəb tələbələri ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 19 avqust 2010 20:00 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Avqustun 19-da Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatında bu il ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Qəzənfər Ağayev bu il Masallı məktəblərini 2035 şagirdin bitirdiyini, məzunlardan 650 nəfərinin ali məktəblərə qəbul üçün müraciət etdiyini və onlardan 215 nəfərinin tələbə adını qazandığını diqqətə çatdırıb. İcra başçısı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə edən gəncləri təbrik edərək onlara təhsillərində uğurlar diləyib.
Görüşdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov, Digah kənd orta məktəbinin direktoru Nailə Əsədullayeva, Şərəfə kənd orta məktəbinin direktoru Taleh Əkbərov, Bakı Dövlət Universitetinin II kurs tələbəsi, Prezident təqaüdçüsü Nigar Əliyeva, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Nərmin Adilzadə və başqaları çıxışlarında təhsilə göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə ali məktəblərə qəbulda yüksək nəticə əldə etmiş 34 tələbəyə RİH tərəfindən pul mükafatı və fəxri fərmanlar təqdim olunub. Üç tələbəyə isə ali təhsil aldığı müddətdə RİH başçısının aylıq təqaüdü təyin edilib.
Görüş incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR