Bank Of Baku

Misir Mərdanov: “Yeni tikilən və əsaslı təmir olunan bütün təhsil müəssisələrində işlər sentyabrın 15-dək yekunlaşacaq”

Misir Mərdanov: “Yeni tikilən və əsaslı təmir olunan bütün təhsil müəssisələrində işlər sentyabrın 15-dək yekunlaşacaq”
# 20 avqust 2010 08:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Azərbaycanda yeni tədris ilinə hazırlıqla bağlı məsələlər sentyabrın 10-dək öz həllini tapacaq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə təhsil naziri Misir Mərdanov verib. O bildirib ki, yeni tikilən, əsaslı və ya cari təmir olunan, avadanlıqlarla təmin olunan, İKT avadanlıqları ilə təmin edilməsi nəzərdə tutulan bütün təhsil müəssisələrində işlər sentyabrın 15-dək yekunlaşacaq.

Təhsil naziri bildirib ki, su basmış ərazilərdə uçmuş, dağılmış və yararsız vəziyyətə düşmüş orta məktəblərin taleyi ilə digər əlaqədar qurumlar məşğul olur: “Yeni tədris ilinin başlanğıcına qədər həmin məktəblərin şagirdlərinin harada təhsil alacaqları dəqiqləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR