Bank Of Baku

Naxçıvan Muxtar Respublikası üzrə 280 nəfər ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb

Naxçıvan Muxtar Respublikası üzrə 280 nəfər ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb
# 20 avqust 2010 09:14 (UTC +04:00)
Naxçıvan. R. Rəsulova-APA. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 2009-2010-cu tədris ilində ümumtəhsil məktəblərini bitirmiş və ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplamış tələbələrlə görüş keçirilib. APA-nın Naxçıvan müxbirinin xəbərinə görə, yüksək bal toplayan 280 tələbə görüşdə iştirak edən Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən ingilis və Azərbaycan dillərində çap olunmuş “Naxçıvan” kitabı və pul mükafatı ilə mükafatlandırılıb.
Qeyd edək ki, 2010-cu ildə muxtar respublika üzrə ümumtəhsil məktəblərini 4131 məzun bitirib və onlardan 3106 nəfəri ali məktəblərə sənəd verib. Əvvəlki illərin məzunları ilə birgə ali məktəblərə sənəd verənlərin sayı 5681 nəfər olub ki, onlardan da 2956 nəfərini qızlar, 2725 nəfərini oğlanlar təşkil edir.
İmtahanda iştirak edən abituriyentlərdən 1435 nəfəri ali məktəblərə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR