Bank Of Baku

Azərbaycanın bir sıra qadın təşkilatları Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin geri qaytarılması ilə bağlı Rusiya səfirliyinə və BQXK-ya müraciət edib

Azərbaycanın bir sıra qadın təşkilatları Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin geri qaytarılması ilə bağlı Rusiya səfirliyinə və  BQXK-ya müraciət edib
# 20 avqust 2010 09:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın bir sıra qadın təşkilatlarının təmsil olunduğu İşçi Qrupu şəhid Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin geri qaytarılmasında yardımçı olmaq üçün Rusiyanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı ofisinə rəsmi müraciət ünvanlayıb. Bu barədə APA-ya açıqlamasında «Lider Qadınlar» İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı məlumat verib.

M. İbrahimqızının sözlərinə görə, müraciət yazılı şəkildə avqustun 19-da Rusiya səfirliyinə və BQXK-yə təqdim olunub: «Biz hazırda hər iki qurumun cavabını gözləyirik. Cavab veriləndən sonra aksiya keçirib keçirməmək barədə qərar qəbul edəcəyik».

Qeyd edək ki, iki gün əvvəl «Lider Qadınlar» İB-in təşkilatçılığı ilə bir qrup qadın təşkilatı Rusiya səfirliyi və BQXK-nin Bakı ofisi qarşısında aksiya keçirmək niyyətində olduqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR