Bank Of Baku

Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu keçirilir - FOTOSESSİYA

Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 20 avqust 2010 10:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Bakıda Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu keçirilir. APA-nın məlumatına görə, Təşkilat Komitəsinin (TK) koordinatoru Orxan Əkbərov bildirib ki, sabah yekunlaşacaq forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələri bölüşmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir. İlk analoji forum ilk dəfə 2001-ci ildə keçirilib. Həmin vaxt bu tədbirin təşkilatçıları xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər idi. Bir necə illik fasilədən sonra yenidən təşkil edilən foruma 25 ölkədə təhsil alan gənclər toplaşıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, ilk forumda 40-50 nəfər iştirak etdiyi halda bu il artıq forum həm texniki baxımdan imkanlarını genişləndirib, həm də iştirakçıların sayı artıb. İ. Babayein sözlərinə görə, bu gün Azərbaycanda 2007-2015-ci illəri əhatə edən “Azərbaycanlı Gənclərin Xarici Ölkələrdə Təhsil Alması üzrə Dövlət Proqramı”ndan 500 gənc faydalanır. Bu il daha 200 gənc xarici ölkələrin reytinqli ali məktəblərində təhsil alacaq. Nazir müavini deyib ki, son 5 ildə xaricdə təhsil alanların sayı 2 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR