Bank Of Baku

Qadın məhkumların mənəvi ruhda tərbiyə olunmaları və fiziki sağlamlıqlarının qorunmasına yönələn tədbir keçirilib – FOTO

Qadın məhkumların mənəvi ruhda tərbiyə olunmaları və fiziki sağlamlıqlarının qorunmasına yönələn tədbir keçirilib –  <font color=red>FOTO</font>
# 20 avqust 2010 11:51 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə qadın məhkumların mənəvi ruhda tərbiyə olunmaları və fiziki sağlamlıqlarının qorunmasına yönələn tədbir keçirilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Azərbaycan Prezidentin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli fəaliyyət planı”nın müvafiq bəndində nəzərdə tutulan tədbirlərin icrası istiqamətində həyata keçirilən tədbir məhkum qadınların profilaktik tibbi müayinəsindən ibarət olub. Bakı şəhər Baş Səhiyyə İdarəsinin, şəhər Onkoloji Dispanserinin onko-ginekoloqlarının və ultrasəs müayinəsi həkim mütəxəssislərinin yaxından iştirakı ilə keçirilən tədbirin əsas məqsədi məhkum qadınlarda onkoloji xəstəliklərin erkən müayinəsi və müvafiq müalicəyə cəlb olunmasından ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR