Bank Of Baku

Təhsil Nazirliyində xaricdə təhsil alan gənclərlə görüş keçirilib - FOTO

Təhsil Nazirliyində xaricdə təhsil alan gənclərlə görüş keçirilib - <font color=red>FOTO</font>
# 20 avqust 2010 11:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov deyib ki, Azərbaycan prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 saylı sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. O qeyd edib ki, Dövlət Proqramının şərtlərinə əsasən bu tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənir: “Dövlət Proqramının icrasına başlanandan indiyədək 512 nəfər gənc təhsil almaq üçün müxtəlif ali məktəblərə göndərilib. Bu il isə təqribən 200 nəfər tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün göndərilməsi nəzərdə tutulur”.

M. Mərdanov deyib ki, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrdən 32 nəfəri artıq məzun olub: “Onlar Azərbaycana dönüb və 29 nəfəri işlə təmin olunub. Özü də əksəriyyəti dövlət qurumlarında çalışır. Hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 22 ölkəsinin yüksək reytinqinə malik olan 154 ali məktəbinə təhsilin müxtəlif pillələrində 447 nəfər təhsil alır. Bu tələbələrin 209 nəfəri bakalavr, 166 nəfəri magistratura, 43 nəfəri rezidentura, (ordinatura, internatura), 17 nəfəri doktorantura, 12 nəfəri aspirantura səviyyələri üzrə təhsil alır”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov gəncləri təhsil almaqla yanaşı Azərbaycanın diaspor təşkilatları ilə sıx əməkdaşlıq etməyə çağırıb.

Prezident Adminstrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov gəncləri valideynlərinə və Vətənə layiqli övlad olmağı arzulayıb.

Tədbirdə Azərbaycan Diplomat Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov çıxış edərək gənclərə tövsiyələrini veriblər. Sonda tələbələrin sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR