Bank Of Baku

Xəzər sahili ərazilərdə çirkab sularının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirilib

Xəzər sahili ərazilərdə çirkab sularının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirilib
# 20 avqust 2010 13:26 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən Xəzər akvatoriyasının çirklənmədən qorunmasının qarşısının alınması məqsədilə Xəzər sahili ərazilərdə çirkab sularının qanuna müvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər Kanalizasiya Xidmətləri İdarəsinin balansında olan “Buzovna”, “Sahil” Bioloji və “Zığ” Mexaniki Təmizləmə Qurğularına daxil olan çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdıldığına görə Bakı şəhər Kanalizasiya Xidmətləri İdarəsi hüquqi şəxs qismində cəmi 27000 manat məbləğində cərimə edilib.
“Azərsu” SC-nin balansında olan Hövsan Aerasiya Stansiyasına və Hoca-Həsən Mexaniki Təmizləmə qurğusuna daxil olan çirkab sular təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdıldığına görə “Azərsu” SC hüquqi şəxs qismində cəmi 22500 manat məbləğində cərimə olunub.
Sumqayıt şəhəri Xəzər sahili ərazidə məişət çirkab sularının təmizlənmədən birbaşa və ya yeraltı horizontlarla Xəzər dənizinə sızdığına görə bir sıra iaşə obyektlərinin rəhbərləri hər biri fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimə edilib. Sumqayıt şəhəri Xəzər sahili ərazidə məişət çirkab sularının təmizlənmədən birbaşa və ya yeraltı horizontlarla Xəzər dənizinə sızdığına görə də bir sıra obyektlərlə bağlı fiziki şəxs qismində inzibati qaydada cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR