Bank Of Baku

“İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları” təsdiqlənib

“İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları” təsdiqlənib
# 20 avqust 2010 16:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları”nı təsdiq edib. Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq ilk peşə-ixtisas təhsili müəssisələri üzrə büdcə layihəsinin tərtibi zamanı istifadə olunması məqsədilə hazırlanıb.

Qaydalarda xərc növləri üzrə büdcə təminatı normativlərinin hesablanması metodikası göstərilib. Hesablanma metodikası Təhsil Nazirliyinin və digər sahə nazirliklərinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədilə tətbiq edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR