Bank Of Baku

Bu il Azərbaycanda quduzluğa yoluxma halları artıb

Bu il Azərbaycanda quduzluğa yoluxma halları artıb
# 23 avqust 2010 07:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova bildirib.

S.Rüstəmovanın sözlərinə görə, ötən ilin yanvar-avqust aylarında 18 quduzluq xəstəliyinə yoluxma faktı qeydə alınmışdırsa, bu ilin ilk 8 ayında bu göstərici 25-ə çatıb. «Müvafiq materiallar xəstəliyin qeyd olunduğu yerlərdən götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib», - deyə S.Rüstəmova qeyd edib.

S.Rüstəmova bildirib ki, xəstəliyin artmasına vəhşi təbiətdə miqrasiyanın genişlənməsi səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR