Bank Of Baku

Gürcüstanda əfv olunacaq məhkumlar arasında azərbaycanlıların da adları var

Gürcüstanda əfv olunacaq məhkumlar arasında azərbaycanlıların da adları var
# 23 avqust 2010 07:10 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidentinin Avlabar iqamətgahında Əfv Komissiyasının iclası olub. Əfv Komissiyanın sədri Yelena Tevdoradze APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, komissiyada kifayət qədər azərbaycanlı məhbusların bağışlanmaq haqqında ərizələri var: “Bu ərizələrin içində uyğun gələnləri biz müzakirə etdik. Amma hələlik əfv olunacaq azərbaycanlı məhbusların sayını deyə bilmərəm. Bu dəfə Əfv Komissiyasında 230 ərizə müzakirə olundu“.

Qeyd olunub ki, əfv olunan məhbuslar “Məryəmoba” bayramında azadlığa buraxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR