Bank Of Baku

Xəzər sahilində tullantılarını qanuna müvafiq idarə etməyən Corat Bələdiyyəsi, Sumqayıt şəhər Təmizlik Departamenti cərimələnib

Xəzər sahilində tullantılarını qanuna müvafiq idarə etməyən Corat Bələdiyyəsi, Sumqayıt şəhər Təmizlik Departamenti cərimələnib
# 23 avqust 2010 08:03 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, Sumqayıt-Novxanı dənizkənarı yolunun sağ hissəsində, S. Əliyev və Sahil küçələri ərazilərində tullantıların qalaqlanması və yandırılmasına görə Corat Bələdiyyəsi hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimələnib.
Şəhərin dənizkənarı ərazisindəki iaşə obyektlərində formalaşan tullantıların müvafiq qaydada idarə olunmamasına görə Sumqayıt şəhər Təmizlik Departamenti hüquqi şəxs qismində 7000 manat çərimə edilib.
Bundan əlavə, eyni səbəbə görə “Səma”, “Əl-Əmrah”, “Sahil-1”, “Mirvari”, “Uğur”, “Pəribulağı” iaşə obyektlərinin iş icraçılarının hər biri fiziki şəxs qismində 500 manat cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR