Bank Of Baku

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda şəkərli diabetli uşaqlar üçün psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda şəkərli diabetli uşaqlar üçün psixo-sosial reabilitasiya yay məktəbi təşkil olunub
# 23 avqust 2010 08:18 (UTC +04:00)
Fonddan APA-ya verilən məlumata görə, bu məqsədlə Gəncə şəhərində 15 gün fəaliyyət göstərəcək yay düşərgəsi valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də məcburi köçkün və qaçqın, tərkibində 2-3 nəfər şəkərli diabet olan ailələrdən seçilmiş 30 şəkərli diabetli uşaq üçün nəzərdə tutulur. Yay məktəbinin təşkilində əsas məqsəd gələcəkdə özləri kimi digər uşaqlara ilkin tibbi və psixoloji dəstək verə biləcək gənc liderlərin hazırlanmasıdır.

Avqustun 23-dən başlayan proqrama maraqlı istirahətin təşkili ilə yanaşı, uşaqların psixo-sosial reabilitasiyasını təmin etməyə, yeniyetmələrdə özünəinam, özünümüdafiə, özünütəsdiq xüsusiyyətlərini inkişaf etdirməyə, öz həyatında və ətrafda baş verən hadisələrə qarşı tolerant münasibət bəsləmə üsullarını formalaşdırmağa xidmət edən məşğələlərin keçirilməsi daxildir. Bu məqsədlə endokrinoloq, psixoloq və digər mütəxəssislərin daxil olduğu işçi qrup fərdi məsləhət və psixoterapiyadan istifadə edilərək uşaqlara müvafiq vərdişlərin aşılanmasını təmin edən davamlı treninqlər keçirəcəklər.

İstirahət günlərində uşaqlar Gəncə şəhərinin tarixi-görməli yerləri ilə tanış olacaq, ingilis dili kurslarında iştirak edəcək, müxtəlif mövzularda inşa yazılar yazacaq, müsabiqə, intellektual oyun və idman yarışlarında güclərini sınayacaqlar.

Qeyd edək ki, yay məktəbi ikinci ildir, təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR