Bank Of Baku

Azərbaycanda yaxın 2-3 gün ərzində havanın temperaturu yüksələcək

Azərbaycanda yaxın 2-3 gün ərzində havanın temperaturu yüksələcək
# 23 avqust 2010 09:29 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktor əvəzi Umayra Tağıyeva APA-ya bildirib ki, yaxın 2-3 gün ərzində havanın temperaturu günbəgün getdikcə yüksələcək. Havanın temperaturunun yüksəlməsinə baxmayaraq, temperatur norma daxilində tərəddüd edəcək. Yaxın 2-3 gün ərzində Bakıda, eləcə də rayonlarda havanın temperaturu 28-33, dağlarda 19-24 dərəcə isti olacaq. Ölkə ərazisində mülayim külək əsəcək. Gün ərzində hava yağmursuz keçsə də, gecə və axşam bəzi ərazilərdə qısa müddətli yağış yağacaq.

U. Tağıyeva bildirib ki, avqustun 22-də bəzi yerlərdə yağan yağış aylıq yağıntı normasını keçib. Həmin gün Şamaxıda yağan yağış aylıq yağıntı normasından iki dəfədən çox, bəzi Aran rayonlarında 3,4 dəfə çox, Bakıda aylıq norma daxilində, Abşeron yarımadasında aylıq normadan 2,5 dəfə çox olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR