Bank Of Baku

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının ildönümü anılıb

Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının ildönümü anılıb
# 23 avqust 2010 09:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının ildönümü xatırlanıb. APA-nın məlumatına görə, Füzuli və Cəbrayıl rayonlarından bir qrup ictimaiyyət nümayəndəsi və Qarabağ Azadlığı Təşkilatının (QAT) üzvlrəi Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlər Xiyabanında keçirilən anım mərasimində QAT sədri Akif Nağı bildirib ki, Azərbaycanın hər iki rayonu erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunub. Nəticədə 150 mindən artıq vətəndaş köçkün düşüb, hər iki rayonun maddi mədəniyyət abidələri, insanların ev-eşikləri ermənilər tərəfindən talanıb: “Ermənilər belə düşünürdülər ki, işğal olunmuş ərazilərdə yaşayanlar üstündən illər keçəndən sonra öz yurd-yuvalarını unudacaqlar. Amma belə olmadı. Artıq 17 ildir soydaşlarımız işğal gününü unutmur və bununla da gec-tez torpaqlarına dönəcəklərini bəyan edirlər”.

Qeyd edək ki, Füzuli və Cəbrayıl rayonları 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR