Bank Of Baku

Ətraf mühitə dəstək məqsədilə Azərbaycan-Avropa velosiped yürüşü keçiriləcək

Ətraf mühitə dəstək məqsədilə Azərbaycan-Avropa velosiped yürüşü keçiriləcək
# 23 avqust 2010 10:05 (UTC +04:00)
Bakı – APA. Azərbaycanda “Ekologiya ili” çərçivəsində ətraf mühitin təhlükəsizliyinə töhfə verən təbiətə qayğı aksiyaları, yürüşlər, ekoloji mesajın ictimaiyyətə çatdırılması üçün müxtəlif tədbirlər keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, belə ekoloji tədbirlərdən biri də cari ilin 28 avqust - 6 sentyabr tarixlərində Xarici İşlər, İdman və Gənclər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, NATO və Azərbaycandakı Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa velosiped yürüşüdür. Velosipedin ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq Azərbaycanda belə bir yürüşün keçirilməsi ətraf mühitin təhlükəsizliyinin qorunmasına verilmiş töhfələrdən biri ola bilər.

Yürüş “Azərbaycan velosiped həftəsi” təşəbbüsünün ilk tədbiridir. Bu kimi yürüşlərin növbəti illərdə də qeyd olunan həftə ərzində keçirilməsi nəzərdə tutulur. Builki yürüşün məqsədi ətraf mühitin qorunması, enerji təhlükəsizliyi, ərzaq təhlükəsizliyi, sağlam həyat tərzi, ekoloji maarifləndirmə ideyalarının təbliğ edilməsi, eləcə də velosiped idmanının Azərbaycanda dəstəklənməsi məqsədini daşıyır. Müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarından əlavə, “AzMeCo”, “Azercell”, “Nissan”, “Coca-Cola” və “Buta” şirkətləri yürüşün təşkilinə sponsor dəstəyi veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR