Bank Of Baku

Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri NATO tədbirində iştirak edəcək

Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri NATO tədbirində iştirak edəcək
# 23 avqust 2010 10:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Cari ilin oktyabr ayının 26-dan 28-dək Makedoniyanın paytaxtı Skopye şəhərində NATO-nun Daxili Yerüstü Nəqliyyatın Planlaşdırma Şurasının Avroatlantik Tərəfdaşlıq Şurası çərçivəsində 2010-cu il üzrə seminarı keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Nəqliyyat Nazirliyinin katibliyindən məlumat verilib.

Seminarda Nəqliyyat Nazirliyinin Təhlükəsizlik və fövqəladə hallar şöbəsinin müdiri Kazım Şərifov, Beynəlxalq əlaqələr şöbəsinin Protokol təminatı və diplomatik yazışmalar sektorunun müdiri Şahin İsmayılov və “Azəryolservis” ASC-nin sədr müavini Hicran Valehov iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR