Bank Of Baku

Bakıda “SİFE – Liderlik və Tərəqqi” adlı regional konfrans keçirilir - FOTOSESSİYA

Bakıda  “SİFE – Liderlik və Tərəqqi” adlı regional konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 23 avqust 2010 13:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Bakıda “Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)” beynəlxalq proqram üzrə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin “SİFE – Liderlik və Tərəqqi” adlı regional konfransının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, SİFE-nin Azərbaycan üzrə rəhbəri Kəmalə Məmmədova bildirib ki, avqustun 22-dən keçirilməyə başlayan və avqustun 24-də yekunlaşacaq konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan nümayəndələr iştirak edir. Konfransın keçirilməsində məqsəd sahibkarlıq fəaliyyəti sahəsində gənclərin beynəlxalq əlaqələrini genişləndirmək və SİFE proqramı üzrə keçirilən yarışlarda iştirak edən komandalarımızın bacarıqlarını artırmaqdır. K. Məmmədovanın sözlərinə görə, SİFE proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Hazırda 6 qitəni və 48 ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Dünya Kuboku yarışlarında öz ölkələrini və universitetlərini təmsil edirlər. Cari ilin aprel ayında SİFE proqramı üzrə keçirilmiş Azərbaycan çempionatının nəticələrinə əsasən Naxçıvan Dövlət Universitetinin tələbə komandası çempion adını qazanıb. Bu komanda oktyabrın 10-12-də ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışında ölkəmizi təmsil edəcək.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərhad Hacıyev isə bildirib ki, konfrans zamanı Dünya Kuboku yarışında 2010-cu ildən tətbiq olunmağa başlayacaq yeni meyarlar və layihələrin istiqamətləri haqqında məlumat veriləcək, həmçinin hər ölkənin milli yarışlarında müxtəlif nominasiyalar üzrə qalib gəlmiş komandaların layihələrinə dair təcrübə mübadiləsi aparılacaq. Konfransın davamı olaraq “SİFE Qlobal” beynəlxalq təşkilatının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə proqram direktoru Yusif Məcidov Naxçıvan şəhərinə ezam olunacaq və orada o, Naxçıvan Dövlət Universitetinin SİFE komandası üçün təlim kursunu keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR