Bank Of Baku

Tovuz rayonunun Girzan kəndində yeni tibb məntəqəsi açılacaq

Tovuz rayonunun Girzan kəndində yeni tibb məntəqəsi açılacaq
# 23 avqust 2010 15:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Avqustun 25-də Tovuz rayonunun Girzan kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində yeni tibb məntəqəsinin açılış mərasimi keçiriləcək. Bu barədə APA-ya Yaponiyanın Azərbaycandakı səfərliyindən məlumat verib. Açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki, millət vəkili Qənirə Paşayeva, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Tovuz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Paşa Muradov və s. iştirak edəcəklər.
Ümumi məbləği 96,963 min ABŞ dolları olan bu layihə ilə bağlı saziş bu il fevralın 25-də Yaponiya səfirliyi və Azərbaycan Gənclər Birliyi arasında imzalanıb.
Layihənin əsas məqsədi yeni tibbi məntəqənin inşa edilməsi və avadanlıqla təchiz olunmasıdır. Layihə çərçivəsində 150 kvadratmetr ərazidə yeni beş otaqlı tibb məntəqəsi tikilib, müasir tibbi avadanlıqlarla təchiz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR