Bank Of Baku

Yaponiya hökumətinin vəsaiti hesabına Bərdə və Tərtərin 8 kəndində irriqasiya su təchizatı sistemlərinin yaxşılaşdırılması üçün layihə həyata keçirilib

Yaponiya hökumətinin vəsaiti hesabına Bərdə və Tərtərin 8 kəndində irriqasiya su təchizatı sistemlərinin yaxşılaşdırılması üçün layihə həyata keçirilib
# 23 avqust 2010 16:21 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avqustun 26-da Bərdə rayonun Nazirli kəndində Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilmiş “Bərdə və Tərtər rayonlarının 8 kəndində irriqasiya su təchizatı sistemlərinin yaxşılaşdırılması” layihəsinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək. APA məlumatına görə, açılış mərasimində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Masamitsu Oki, Bərdə rayonu icra başçısı İlham Ağayev, Bərdə rayonu Artezian Quyuları şöbəsinin rəisi Firudin Baxşəliyev, nazirli kənd bələdiyyəsinin rəhbəri Elbrus Rüstəmov iştirak edəcəklər.

Layihənin əsas məqsədi Bərdə və Tərtər rayonlarının 8 kəndində yaşayan 9027 sakinin faydalanacağı kənd təsərrüfatının verimliliyin artırılması üçün irriqasiya su təchizatını təmin etməkdir. Bu məqsədlə hər bir kəndə yerləşən artezian quyuları yenidən qurulmuş və əhalinin xidmətinə təmin edilib.

Qeyd edək ki, Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Prorqamı” Azərbaycan Respublikasında 2000-ci ildən bəri həyata keçirilməkdədir. Bu qrant proqramı Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasına yönəlmiş və bələdiyyələr, tibbi müəssisələr, təhsil müəssisələrin həmçinin QHT-lər tərəfindən həyata keçirilən layihələrdir. Belə layihələr ətraf mühit, sosial müdafiə, səhiyyə, tibb, təhsil, yoxsulluğun azaldılması və gəlirlərin artırılması sahəsində həyata keçirilə bilər. İndiyə kimi bu proqram çərçivəsində Azərbaycanda 129 layihə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR