“Tomas Qoltsun yay məktəbi” layihəsinə qatılmış tələbələr millət vəkili Qənirə Paşayevanın dəvəti ilə Tovuz rayonuna səfər edib
Daha sonra xarici qonaqlar millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Hacıalı və Ağdam kəndlərində olub. Millət vəkili qonaqlara Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunun sərhəddə yerləşən kəndlərini mütəmadi olaraq atəş altında tutduqları barədə ətraflı məlumat verilib. Bunun bariz nümunəsi kimi kənd orta məktəbinin güllədən deşilmiş darvazası, mərmi düşməsi nəticəsində yanmış ev göstərilib. Ağdam kəndində olarkən qonaqlar ermənilərin su anbarı yaxınlığında yerləşən kənd məzarlığı və neytral ərazilərdə otlaq sahələrini yandırdıqlarının şahidi olublar. Burada millət vəkili Qənirə Paşayeva “Tomas Qoltsun yay məktəbi” layihəsinə qatılmış tələbələrə ermənilərin bu yanğınları kənd sakinlərinin əkinlərinə ziyan vermək üçün küləkli havada qəsdən törətdiklərini, əkinlərini suvarmaq üçün su anbarından su açmağa gedən sakinlərə mütəmadi olaraq atəş açılması barədə məlumat verib.
Jurnalistlərin suallarını cavablandıran Qənirə Paşayeva tədbirin vacibliyindən danışıb; “Ermənistanın Azərbaycan torpaqlarının 20 faizinin işğal altında saxlaması, bu işğal nəticəsində 1 milyondan çox qaçqınımızın olması və Ermənilərin Dağlıq Qarabağa aidiyyəti olmayan digər sərhəd bölgələrində tutduqları hündür mövqelərdən istifadə edərək mütəmadi olaraq atəşkəsi pozmaları, məzarlığın, ərazilərin yandırılması, içməli su mənbələrindən istifadə edən insanların və məktəbə gedən vətəndaşlarımızın hədəfə alması faktlarını bu gənclərin yerində görməsi çox önəmlidir. Eyni zamanda Azərbaycanın inkişafını və bu bölgədəki böyük rolunu, Azərbaycanın bu bölgədə nə qədər önəmli bir ölkə olmasını, dünya ictimaiyyəti, qərb üçün önəmini, həm də Qərb sivilizasiyası ilə Şərq sivilizasiyası arasında bir körpü olması faktını yerində görmək çox vacibdir. Bu faktları yerində görmələrinin vacibliyi ondan ibarətdir ki, bu gənclər öz ölkələrinin ictimai-siyasi həyatında fəal iştirak etməyi qarşılarına məqsəd qoyublar. Ən əsası odur ki, bu gün onlar Azərbaycanı tarixi keçmişi ilə, yaşadığı işğallarla, əldə etdiyi uğurlarla tanıyır”.
Daha sonra isə qonaqlar Tovuz rayonunun Göytəpə kəndinə gələrək burada aparılan arxeoloji qazıntılarla tanış olublar. Burada qonaqlara Arxeoloji qazıntılar zamanı tapılmış Qafqazın ən qədim eradan əvvəl 6-cı minilliyə aid yaşayış məskəni barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Amerikanın Montana Ştatından olan professor Tomas Qolts təkcə öz tələbələri ilə deyil, Amerikadan, Türkiyə, Azərbaycan və Gürcüstandan topladığı tələbələrlə “Tomas Qoltsun yay məktəbi” layihəsi çərçivəsində Azərbaycanda olan bütün strukturlarla yaxından tanış olub. “Tomas Qoltsun yay məktəbi” layihəsinin əsas məqsədi tələbələrdə Azərbaycanla bağlı fikir formalaşdırmaqdır ki, bu tələbələr öz ölkələrinə qayıtdıqdan sonra məruzə yazaraq digər tələbələrə Azərbaycanla bağlı fikirlərini çatdırsınlar.
Layihədə iştirak edən 24 tələbədən 9-u ABŞ-dandır. Layihənin Azərbaycanla bağlı hissəsi sabah başa çatır və bundan sonra tələbələr Gürcüstana yola düşəcəklər.
Sosial
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Xəbər Lenti
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Ukraynada daha bir azərbaycanlı həyatını itirib
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 20-yə çatıb - FOTO - YENİLƏNİB-4
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib