Bank Of Baku

Hövsan ərazisində Xəzər sahili bərk məişət tullantılarının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib

Hövsan ərazisində Xəzər sahili bərk məişət tullantılarının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib
# 24 avqust 2010 06:38 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsi Xəzər sahili ərazidə bərk məişət tullantılarının qanuna müvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı rayonu Hövsan qəsəbəsi dənizkənarı ərazidə fəaliyyət göstərən “Sevil-O” İstehsalat Kommersiya Firmasına məxsus “Tropikanka” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə firma hüquqi şəxs qismində inzibati qaydada 7000 manat məbləğində cərimə olunub.
Suraxanı rayonu Hövsan qəsəbəsində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə Xəzər sahili ərazidə fəaliyyət göstərən “Delfin” iaşə obyektinin iş icraçısı R. Qurbanov və “Elnur” iaşə obyektinin iş icraçısı D. Quliyeva hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR