Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 24 avqust 2010 08:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqustun II ongünlüyündə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyünə nisbətən saniyədə 25,3 kub metr azalaraq 72 kub metr olub. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq qeydə alınıb. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda mis birləşmələri və fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni ötüb.
Monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 10,2 kub metr olub. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhramtəpədə isə mis birləşmələri 3, fenollar 2 dəfə YVQH-i keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5,14-5,72 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR