Bank Of Baku

Meksikada Dünya Gənclər Konfransı başlayıb

Meksikada Dünya Gənclər Konfransı başlayıb
# 24 avqust 2010 08:04 (UTC +04:00)
Bakı – APA. Avqustun 22-də Meksikanın Leon şəhərində Dünya Gənclərinin 6-cı beynəlxalq konfransı başlayıb. “İRƏLİ” İctimai Birliyindən APA-ya verilən məlumata görə, konfransda dünyanın 80 ölkəsindən 600-dən artıq gənclər siyasətini həyata keçirən dövlət rəsmiləri, QHT nümayəndələri, fəal gənclər iştirak edir.

Dörd gün davam edəcək tədbirdə 3 əsas forumda (dövlət rəsmilərinin forumu, sosial forum və qanunverici forum ) iki istiqamət - Minilliyin inkişaf məqsədləri və BMT tərəfindən prioritet müəyyən edilmiş 12 sahə üzrə müzakirələr aparılacaq. Müzakirələrin nəticəsi olaraq tədbirin yekununda bəyannamə qəbul ediləcək.

Tədbirə qatılan Azərbaycan nümayəndə heyəti gənclər və idman nazirinin müavini İntiqam Babayev, “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev və digərlərindən ibarətdir.

Konfrans BMT İnsan Fondunun (UNFPA) dəstəyi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR