Bank Of Baku

Azərbaycan dilinin yeni orfoqrafik lüğəti hazırlanır

Azərbaycan dilinin yeni orfoqrafik lüğəti hazırlanır
# 24 avqust 2010 13:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu Azərbaycan dilinin yeni orfoqrafik lüğətini hazırlayır. İnstitutun lüğət şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov APA-ya bildirib ki, yeni nəşrin bu ilin sonunadək çap edilməsi nəzərdə tutulur. Yeni nəşrdə əvvəlki orfoqrafik lüğətdə qeydə alınan bəzi qeyri-dəqiqliklər düzəldiləcək və təkmilləşdiriləcək. Orfoqrafik lüğətin beş ildən bir çap edilməli olduğunu deyən İ. Məmmədov son nəşrin 2004-cü ildə işıq üzü gördüyünü nəzərə çatdırıb.

Dilçi bildirib ki, Azərbaycan dilinin latın qrafikalı əlifbasına apostrof işarəsinin salınmaması ilə əlaqədar əvvəl apostrofla yazılan sözlərin orfoqrafiyasında dəyişikliklər olub: “Əvvəllər şer sözü apostrofla yazılırdı, amma indi şeir yazılır. Fel sözü 1950-ci illərdə feil kimi yazılırdı. Lüğət hazırlanarkən “i” saiti deyilən seir, feil kimi belə sözləri nəzərə almaq fikrimiz var”.

Sözlərin orfoqrafiyası ilə bağlı təkliflərin çox olduğunu deyən İ. Məmmədov onların müzakirələrdən sonra qəbul ediləcəyini söyləyib. Onun dediyinə görə, hazırkı lüğətdə 80 min orfoqrafik lüğət var. Yeni nəşrə 1500-2000 yaxın əlavə sözü artırılacağı gözlənilir. Yaxın 5 il ərzində isə sözlərin sayını artıraraq 100 minə çatdırmaq nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR