Bank Of Baku

DSMF-də işə yeni qəbul olunanlarla görüş keçirilib

DSMF-də işə yeni qəbul olunanlarla görüş keçirilib
# 25 avqust 2010 08:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi sonuncu müsabiqədə uğur qazanaraq Fonda işə qəbul olunan şəxslərlə görüş keçirilib.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan «APA-Economics»ə verilən məlumata görə, görüşdə çıxış edən DSMF sədri Səlim Müslümov qeyd edib ki, Azərbaycanda çalışan təxminən 27 mindən artıq dövlət qulluqçusunun 10%-i DSMF-də fəaliyyət göstərir.

Onun sözlərinə görə, sonuncu dəfə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya Fond üzrə vakant dövlət qulluğu vəzifələrinin müsabiqə yolu ilə tutulması üçün 61 yer təklif edilib. Həmin vakant yerlər üzrə 188 nəfər müsabiqənin test mərhələsində iştirak edib. İştirakçıların 45 nəfəri test mərhələsini keçsə də, onlardan yalnız 20 nəfəri müsahibə mərhələsində uğur qazanıb: «Biz qərara gəldik ki, hər iki mərhələni keçənlərin hamısı DSMF-də işlə təmin olunsun. Yəni baxmayaraq ki, bəzi 1 vakant yerlərə 3 nəfər qəbul olunub, onlar ehtiyata yox, öz arzuları ilə digər boş yerlərə işə götürülsün. Bununla da DSMF, ötən illərdə olduğu kimi, müsabiqənin test və müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək Fonda qəbul olunan şəxslərin hamısının işlə təmin olunması ənənəsinə sadiq qalıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR