Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun ilk yarısında ekoloji qanunvericiliyin tələblərinə riayət etməyənləri cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun ilk yarısında ekoloji qanunvericiliyin tələblərinə riayət etməyənləri cərimələyib
# 25 avqust 2010 09:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən avqustun 1-dən 15-dək ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularla əlaqədar 230 akt və protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 69 göstəriş verilib. Ümumilikdə 86 iş üzrə 82550 manat məbləğində cərimə tətbiq edilib. Onun 6369 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 10 iş üzrə 646,46 manat məbləğində iddia qaldırılıb, ondan (ötən ildən qalanla birlikdə) 1828,14 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 127 iş üzrə 10129,2 manat məbləğində ödəmə tətbiq edilib. Ondan (ötən ildən qalanla birlikdə) 14301 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla birlikdə) 2-yə, məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilmiş 34 işdən 3-ə baxılaraq müvafiq tədbir görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR